İyul 18, 2026-1:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Politoloq: Şuşa Forumu ölkənin strateji baxışını dünyaya çatdıran mühüm siyasi hadisədir

2026:07:17 - 17:33
in SİYASƏT
A A

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu artıq təkcə hərbi və iqtisadi güclə deyil, həm də informasiya məkanında formalaşdırdıqları təsir imkanları, diplomatik çeviklikləri və qlobal auditoriyaya çatdıra bildikləri siyasi mesajlarla müəyyən edilir. Bu baxımdan “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyası tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunu, siyasi çəkisini və regional liderlik iddiasını nümayiş etdirən strateji platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, IV Qlobal Şuşa Media Forumunun ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin müxtəlif ölkələrdən gələn media nümayəndələri ilə açıq dialoqu oldu.

Jurnalistlərin sualları regional münaqişələrdən qlobal enerji bazarına, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdən Rusiya–Ukrayna müharibəsinə, Yaxın Şərqdə baş verən proseslərdən Türk dünyasının gələcəyinə qədər geniş spektri əhatə edirdi. Prezident İlham Əliyevin cavabları göstərdi ki, Azərbaycan öz xarici siyasətini emosiyalar üzərində deyil, milli maraqlar, beynəlxalq hüquq və praqmatik yanaşma əsasında qurur. Dövlət başçısının cavablarında diqqət çəkən digər mühüm xüsusiyyət faktlara əsaslanan arqumentasiya idi. O, mürəkkəb beynəlxalq məsələləri emosional ritorika ilə deyil, statistik göstəricilər, tarixi faktlar və hüquqi arqumentlərlə izah etdi.

“IV Qlobal Şuşa Media Forumunda keçirilən açıq dialoq ölkəmizin informasiya diplomatiyasında artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu tədbir təkcə beynəlxalq media nümayəndələrinin iştirakı ilə keçirilən növbəti forum deyil. O, Azərbaycanın müasir xarici siyasət konsepsiyasının, informasiya diplomatiyasının və beynəlxalq əməkdaşlıq strategiyasının praktik ifadəsidir. Əgər əvvəlki dövrlərdə Azərbaycan daha çox regional təşəbbüslərin müəllifi kimi tanınırdısa, bu gün ölkəmiz qlobal məsələlərin müzakirə olunduğu nüfuzlu platformaların təşkilatçısı kimi çıxış edir. Müasir dünyada informasiya uğrunda rəqabət iqtisadi və hərbi rəqabət qədər əhəmiyyət kəsb edir. Dövlətlərin beynəlxalq nüfuzu yalnız həyata keçirdikləri siyasətlə deyil, həmin siyasəti dünya ictimaiyyətinə necə təqdim edə bilmələri ilə də ölçülür. Dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin Qarabağda aparılan yenidənqurma işlərini öz gözləri ilə görməsi, Prezident İlham Əliyevin çıxışını və sual-cavab sessiyasını birbaşa izləməsi ölkəmiz haqqında obyektiv məlumatların beynəlxalq informasiya məkanına çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır”,- deyə Y.Hacızadə diqqətə çatdırıb.

O əlavə edib ki, müasir beynəlxalq münasibətlərdə ölkənin mədəniyyəti, informasiya siyasəti, humanitar təşəbbüsləri və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun nüfuzunun formalaşmasında mühüm rol oynayır. Şuşa artıq təkcə tarixi və mədəni şəhər deyil, həm də beynəlxalq fikir mübadiləsinin aparıldığı siyasi platformadır. Bu isə Azərbaycanın dünyaya verdiyi ən mühüm mesajlardan biridir: ölkə münaqişədən əməkdaşlığa, dağıntıdan quruculuğa və qarşıdurmadan dialoqa keçidin uğurlu nümunəsini nümayiş etdirir. Forumun təşkili Azərbaycanın “yumşaq güc” siyasətinə verdiyi töhfədir.

Y.Hacızadə qeyd edib ki, IV Qlobal Şuşa Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən, informasiya diplomatiyasını yeni keyfiyyət mərhələsinə yüksəldən və ölkənin strateji baxışını dünya ictimaiyyətinə aydın şəkildə çatdıran mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin açıq, arqumentli və uzaqgörən çıxışı bir daha göstərdi ki, Azərbaycan regional proseslərin iştirakçısı olmaqla kifayətlənmir, həm də həmin proseslərin istiqamətini müəyyənləşdirən dövlətlərdən birinə çevrilib. Məhz buna görə də Şuşa Forumu gələcək illərdə təkcə media tədbiri kimi deyil, qlobal siyasi dialoqun mühüm platformalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirəcək.

Əvvəlki Yazı

Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar

Növbəti Yazı

Milli mətbuatımızın Zəfər salnaməsi: “Əkinçi”dən Şuşa Qlobal Media Forumuna

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.