İyul 18, 2026-1:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar

2026:07:17 - 17:22
in Din və fəlsəfə
A A
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda Qusarda keçirilən konfransın iştirakçıları üçün iyulun 17-də Qubaya media-tur təşkil edilib.

APA xəbər verir ki, media-turun məqsədi iştirakçıları Azərbaycanın zəngin dini-mədəni irsi, tarixən formalaşmış tolerantlıq ənənələri və müxtəlif dini konfessiyaların ölkəmizdə sərbəst fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış etmək olub.

Ətraflı

Ad – 00:04

Qonaqlar əvvəlcə Quba şəhərində yerləşən “Cümə” məscidini ziyarət ediblər. Bildirilib ki, XIX əsrdə inşa edilən məscid Qubanın ən qədim ibadət məkanlarından biridir və şəhərin dini-mənəvi həyatında mühüm yer tutur. Məscid özünəməxsus memarlıq üslubu ilə seçilir və dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunur.

Sonra iştirakçılar “Səkinəxanım” məscidində bu tarixi ibadət məkanının memarlıq xüsusiyyətləri, onun qorunması istiqamətində görülən işlər və dini icmanın fəaliyyəti ilə tanış olublar. Qeyd edilib ki, məscid XIX əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına inşa olunub. Qırmızı kərpicdən tikilən, zərif memarlıq elementləri ilə seçilən bu ibadətgah Qubanın dini-mədəni irsinin mühüm nümunələrindən hesab edilir.

Media-tur Quba rayonunun Qırmızı Qəsəbəsində davam edib. Buradakı “Altıgünbəz” sinaqoqunda iştirakçılara bildirilib ki, sinaqoq XIX əsrin inşa olunub və Qırmızı Qəsəbənin dini həyatında mühüm rol oynayıb. Vaxtilə bölgənin əsas ibadət məkanlarından biri olan sinaqoq dövlət tərəfindən bərpa edilərək qorunur və bu gün də dini-mədəni irsin mühüm nümunəsi kimi fəaliyyət göstərir.

Daha sonra iştirakçılar Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, 2020-ci ildə XIX əsrə aid tarixi Qarçaği sinaqoqunun binasında yaradılan bu mədəniyyət ocağı dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini və həyat tərzini əks etdirən zəngin eksponatlar, milli geyimlər, dini ayin əşyaları, əlyazmalar, nadir kitablar və XIX əsrə aid məişət nümunələri nümayiş etdirilir.

Media-tur çərçivəsində qonaqlar dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparmaq və onları maraqlandıran suallara cavab

Əvvəlki Yazı

VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib

Növbəti Yazı

Politoloq: Şuşa Forumu ölkənin strateji baxışını dünyaya çatdıran mühüm siyasi hadisədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.