Tasnim xəbər agentliyi mənbəyə istinadən xəbər verir ki, İran silahlı qüvvələri Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd edən Tayland bayrağı altında üzən gəmiyə hücum edib.
Agentliyin məlumatına görə, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığına məhəl qoymayıb və boğazdan keçməyə çalışıb, lakin İran qüvvələrinin hücumuna məruz qalıb. Agentlik zərbələr nəticəsində dəyən ziyan və ya itki barədə məlumat verməyib. (Tass)
