İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, ABŞ iki-üç gün ərzində İslam Respublikasına hücumlarını davam etdirərsə, İran müdafiədən hücuma keçəcək.
O, İran dövlət televiziyasında bildirib ki, “Əgər ABŞ hücumları növbəti iki-üç gün ərzində davam edərsə, İran İslam Respublikasının silahlı qüvvələri çəkindirmə və cavab mərhələsindən “hücum və tam məhvetmə” mərhələsinə keçəcək”. Rezai vurğulayıb ki, belə bir halda Tehran yalnız münaqişə zonasında yerləşən ABŞ bazalarına deyil, həm də onun hüdudlarından kənarda yerləşən bazalara hücum edəcək. (Tass)
