Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, ABŞ prezidenti Donald Trampın yeni təyyarəsi bu payızda təchiz ediləcək.
Reuters agentliyinin verdiyi məlumata görə, Leavitt açıqlamasında bildirib ki, “Yeni Air Force One təyyarəsi prezidentlərin səfərləri üçün tamamilə təhlükəsizdir. Lakin bu payız əlavə modernləşdirmə və avadanlıqlarla təchiz olunacaq. Bu, təxminən bir ay çəkəcək. Bu müddət ərzində prezident köhnə Air Force təyyarəsində uçacaq” . (Tass)
