ABŞ-ın Boeing P-8A Poseidon sualtı qayıq əleyhinə patrul təyyarəsi Fars körfəzində beynəlxalq sular üzərində uçur. Bu barədə TASS-a Yaxın Şərq hava hərəkətinin idarə olunması xidmətindəki mənbə bildirib.
Agentliyin mənbəsi bildirib ki, “Son bir saat ərzində ABŞ-a məxsus sualtı qayıq əleyhinə patrul təyyarəsi cənub-qərbi Fars körfəzindəki beynəlxalq sular üzərində 8 kilometrdən bir qədər çox hündürlükdə dairəvi şəkildə uçur”, – deyə mənbə bildirib. O, uçuşun mümkün məqsədini açıqlamayıb, lakin qeyd edib ki, bu tip təyyarələrin funksiyalarından biri sualtı qayıqları aşkar etmək və məhv etmək, eləcə də kəşfiyyat aparmaq və gəmi əleyhinə və xilasetmə əməliyyatlarında iştirak etməkdir. “Təyyarə həmçinin mülki aviasiya üçün müəyyən edilmiş uçuş dəhlizləri daxilində uçur”, – deyə mənbə qeyd edib.
Fars körfəzi bölgəsində yerləşən hərbi bazalardan havaya qalxan ən azı üç Amerika tanker nəqliyyat təyyarəsi də var. (Tass)
