İyul 24, 2026-6:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı etimada və uzunmüddətli strateji əməkdaşlığa əsaslanır 

2026:07:22 - 13:55
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdi. Berlin görüşləri, imzalanan strateji sənədlər və verilən mesajlar əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Səfər həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, yaşıl enerji, regional sülh prosesi və Avropa İttifaqı ilə əməkdaşlıq kimi məsələlər geniş müzakirə edildi. Enerji sahəsi Berlin danışıqlarının əsas mövzularından biri oldu. Azərbaycan artıq Almaniyaya təbii qaz ixrac etməyə başlayıb və bununla da ölkəmizin qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bununla yanaşı, gələcəkdə yaşıl enerji və hidrogen sahəsində əməkdaşlığın genişləndirilməsi də tərəflərin diqqət mərkəzindədir. Bu istiqamət Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolunu daha da artırır.

Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan nailiyyətlər Berlində də yüksək qiymətləndirilir və regionda sabitliyin möhkəmlənməsi Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda Federal Kansler Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişini “tarixi razılaşma” kimi qiymətləndirərək Almaniyanın regionda davamlı sülhün təmin olunmasına dəstəyini ifadə etdi. Kanslerin sözlərinə görə, Cənubi Qafqazda sabitlik Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını təsdiqləməklə yanaşı, gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirdi. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə Birgə Bəyannamənin imzalanması iqtisadi və investisiya əlaqələrinin yeni mərhələyə keçəcəyindən xəbər verir.

“Nəqliyyat və logistika sahəsində də mühüm perspektivlər müzakirə edildi. Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti fonunda Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrildiyi vurğulandı. Almaniyanın texnologiya və sənaye potensialı ilə Azərbaycanın nəqliyyat infrastrukturu arasında əməkdaşlıq yeni layihələrin reallaşmasına zəmin yaradır. Prezidentin söylədiyi kimi, imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Dövlətimizin başçısı, həmçinin vurğuladı ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda mühüm rol oynayır və iki ölkə arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sülhə və sabitliyə də töhfə verəcək. Beləliklə, bu səfər bir daha göstərdi ki, Azərbaycanla Almaniya arasında münasibətlər qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji əməkdaşlığa əsaslanır”, – deyə N.Məmmədova vurğulayıb.

Əvvəlki Yazı

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib

Növbəti Yazı

Azərbaycan mediası informasiya müharibəsinin ön cəbhəsindədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.