Aİ səfirləri Rusiyaya qarşı 21-ci məhdudlaşdırıcı paketi təsdiqləyiblər. Bu paketdə Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) dəniz yolu ilə daşınmasına tam qadağa qoyulmayıb. Aİ Şurası məhdudlaşdırıcı tədbirləri günün sonuna qədər yekunlaşdıracaq. Bu barədə jurnalistlərə Brüsseldəki diplomatik mənbə məlumat verib.
“Səfirlər 21-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər”, – deyə o bildirib. Rəsmi şəxsin sözlərinə görə, Aİ-nin əsas dəniz LNG daşıma operatoru olan Yunanıstan “Rusiya LNG-sini üçüncü ölkələrə daşımağa davam edə biləcək”.
Mənbə qeyd edib ki, “Aİ Şurası bu paketi günün sonuna qədər təsdiqləyəcək”, bundan sonra isə o, qüvvəyə minəcək. (Tass)
