İsveçrənin “Neue Zürcher Zeitung qəzetində dərc olunan məlumata görə, Ukrayna Silahlı Qüvvələrində (UHQ) rəhbərlik dəyişiklikləri Vladimir Zelenskinin ordu daxilində gərginliyin azalacağına zəmanət vermir.
Nəşrin məlumatına görə, müdafiə naziri Mixaylo Fedorovun istefası ilə bağlı siyasi böhran Zelenskini zəiflədib. Lakin, “ordu rəhbərliyindəki dəyişiklik hərbi dairələrdə gərginliyin aradan qalxacağına zəmanət vermir”. Qəzet hesab edir ki, ən azı ilkin mərhələdə “daxili hesablaşma gözlənilir” və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırskinin ətrafındakı bir neçə komandir digər vəzifələrə keçidə hazırlaşmalı olacaq.
Nəşr həmçinin qeyd edir ki, son günlərdə Zelenski ordu böhranından çıxış yolu tapmağa çalışaraq əsas korpus və briqada komandirləri ilə saatlarla məsləhətləşmələr aparıb. NZZ qeyd edir ki, o, “küçənin” yeni bir baş komandanı ona zorla qəbul etdirməsi faktını açıq şəkildə bəyənməyib. (Tass)
