İslandiyanın əsas müxalifət partiyası olan Müstəqillik Partiyasının rəhbəri Qudrun Hafsteinsdottir bildirib ki, Aİ-yə qoşulmaq ölkəni suverenliyinin bir hissəsindən məhrum edə bilər və Aİ-ni bu məsələ ilə bağlı referenduma müdaxilə etməməyə çağırıb.
Bundan əvvəl İslandiya hökuməti 29 avqustda Aİ-yə üzvlük danışıqlarını bərpa etmək üçün referendum təklifi ilə parlamentə müraciət etmək qərarına gəlmişdi. Ölkə 2009-cu ildə, maliyyə böhranı zamanı Aİ-yə qoşulmaq üçün müraciət etmişdi. 2013-cü ildə iqtisadi vəziyyət yaxşılaşdıqca hökumət üzvlük danışıqlarını dayandırmışdı.
Hafsteinsdottir Avropanın “Politico” nəşrinə verdiyi müsahibədə bildirib ki, “Avqust ayı qərarının İslandiya xalqı tərəfindən qəbul edilməsi çox vacibdir. İnsanlar İslandiyanın bu məsələdə xarici təsir olmadan hərəkət etməsinə icazə verməlidirlər”. (Tass)
