Vladimir Zelenski Britaniyanın Sky News televiziya kanalına verdiyi müsahibədə Ukraynada səfərbərlik məsələsinin təcili olduğunu və yeni bir yanaşmaya ehtiyac olduğunu bildirib.
Onun sözlərinə görə, səfərbərlik məhz ölkənin üzləşdiyi “əsas çətinlik”dir. “Bizə səfərbərliyə yeni yanaşma, yeni addımlar lazımdır. Bəlkə də çox tez deyil”, – deyə Zelenski bildirib. (Tass)
