Avqust 5, 2026-1:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uzunmüddətli inkişaf strategiyasına əsaslanır 

2026:08:04 - 18:00
in GÜNDƏM, SİYASƏT
A A

Beynəlxalq münasibətlər sisteminin dərin transformasiya dövrünü yaşadığı, ənənəvi güc mərkəzləri arasında rəqabətin daha da kəskinləşdiyi, yeni nəqliyyat və enerji marşrutlarının qlobal iqtisadiyyatın əsas prioritetinə çevrildiyi bir mərhələdə Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın sürətlə inkişaf etməsi təsadüfi deyil. Bu münasibətlər artıq dostluq və qardaşlıq prinsiplərinə deyil, konkret geoiqtisadi maraqlara, ortaq təhlükəsizlik baxışına və uzunmüddətli inkişaf strategiyasına əsaslanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xüsusilə Mərkəzi Asiya istiqamətində aparılan fəal diplomatiya nəticəsində Azərbaycan region dövlətləri ilə münasibətləri tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldib. Əgər əvvəlki dövrlərdə əməkdaşlığın əsasını daha çox siyasi dialoq təşkil edirdisə, bu gün qarşılıqlı investisiyalar, logistika, nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, kənd təsərrüfatı və humanitar əlaqələr münasibətlərin əsas lokomotivinə çevrilib. Prezident İlham Əliyevin Qırğızıstana səfəri də məhz bu yeni inkişaf mərhələsinin məntiqi davamıdır.

“Azərbaycan və Qırğızıstan arasında münasibətlərin dinamik inkişafı, ilk növbədə, dövlət başçıları arasında formalaşmış yüksək etimad mühitinin nəticəsidir. Müasir beynəlxalq münasibətlərdə lider diplomatiyası strateji əməkdaşlığın əsas elementlərindən biri hesab olunur. Prezidentlər İlham Əliyev və Sadır Japarov arasında formalaşmış səmimi siyasi dialoq yalnız iki ölkə arasında deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatı məkanında koordinasiyanın güclənməsinə mühüm töhfə verir. Bu münasibətlər qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, suverenliyin toxunulmazlığı və milli maraqlara hörmət prinsipləri üzərində qurulduğundan davamlı xarakter daşıyır.

Prezident İlham Əliyevin Qırğızıstana səfərini yalnız ikitərəfli münasibətlər prizmasından qiymətləndirmək düzgün olmazdı. Bu səfər həm də Avrasiyanın yeni geosiyasi arxitekturasında Azərbaycanın artan rolunun növbəti təsdiqidir. Son illərdə dünya ticarətində müşahidə olunan dəyişikliklər, Qara dəniz və Şimal marşrutlarında yaranan risklər, enerji bazarlarında baş verən transformasiyalar Orta Dəhlizin əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Məhz bu kontekstdə Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas nəqliyyat qovşağına çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil magistralları, Xəzər dənizində yaradılmış logistika infrastrukturu və rəqəmsallaşdırılmış tranzit imkanları Qırğızıstan üçün də yeni iqtisadi perspektivlər açır. Artıq söhbət, sadəcə, malların daşınmasından deyil, vahid logistika ekosisteminin formalaşdırılmasından gedir. Azərbaycan bu prosesdə həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan etibarlı tərəfdaş statusunu möhkəmləndirib.

Bu baxımdan Orta Dəhlizin inkişafı iki ölkənin əməkdaşlığında xüsusi yer tutur. Qlobal ticarət marşrutlarının diversifikasiyası fonunda Qırğızıstanın Azərbaycan üzərindən Avropa bazarlarına çıxışı daha əlverişli və təhlükəsiz alternativ hesab olunur. Eyni zamanda Azərbaycanın tranzit potensialının artması ölkənin regional logistika lideri mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri bu strateji məqsədə xidmət edir və Qırğızıstan kimi tərəfdaş ölkələr üçün də əlavə imkanlar yaradır”,-deyə T.İsmayılov əlavə edib.

Politoloq əlavə edib ki, səfərin mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində verilən siyasi mesajlar oldu. Azərbaycan artıq enerji ixracatçısı kimi deyil, həm də investisiya ixrac edən ölkə kimi çıxış edir. Qarşılıqlı investisiyaların təşviqi, Birgə İnkişaf Fondunun fəaliyyəti, sənaye əməkdaşlığı və biznes forumları iqtisadi əlaqələrin institusional əsaslarını möhkəmləndirir. Xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində Qırğızıstanın iştirakı iki ölkə arasında qarşılıqlı etimadın real iqtisadi nəticəyə çevrildiyini nümayiş etdirir. Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən birgə layihələr ortaq tarixi köklərə malik xalqlar arasında əlaqələri daha da möhkəmləndirir. Türk dövlətləri arasında ortaq humanitar məkanın formalaşdırılması ideyası məhz bu cür təşəbbüslərlə real məzmun qazanır.

Əvvəlki Yazı

Xurşidbanu Natəvanın şair qohumları: Poeziyanın nəsildən-nəslə ötürülən irsi

Növbəti Yazı

Bloomberg: Səudiyyə Ərəbistanı münaqişənin gərginliyini azaltmaq üçün husilərlə danışıqlar aparır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.