ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Birləşmiş Ştatlar Məkkə Sazişini Yaxın Şərq dövlətlərinin necə birləşdiyini və özlərini müdafiə edə biləcəklərini nümayiş etdirən bir nümunə hesab edir.
“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda nəhayət Məkkə Qarşılıqlı Müdafiə Sazişini imzaladığını görməkdən çox məmnunam. Bu, Yaxın Şərqin necə birləşdiyini və nəhayət özlərini daha effektiv şəkildə necə müdafiə edə biləcəklərini göstərir. Bu üç ölkənin böyük rəhbərliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və vacib ilk addımdır!”, – deyə Amerika lideri “Truth Social”da yazıb. (Tass)
