İran hesab edir ki, ABŞ və İsrailin atəşkəs əldə etmək səyləri sadəcə bazarlara təzyiqi azaltmaq və yeni bir hərbi əməliyyata hazırlıq məqsədi daşıyır. Bu iddianı ” The Wall Street Journal ” (WSJ) qəzeti adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən yayıb.
Nəşrin məlumatına görə, Tehran hesab edir ki, hazırkı danışıqlar sadəcə “münaqişədən əvvəl fasilə” ola bilər və memorandum “çox güman ki, ABŞ və İsrailin qlobal iqtisadiyyata təzyiqi azaltmaq və vaxt qazanmaq cəhdi idi”.
Qəzet yazır ki, Tehranın müqavimət göstərmək istəyi “iki tərəfin münaqişəyə tezliklə son qoymaq üçün davamlı bir razılığa gəlməsinə mane ola biləcək dərin bir inamsızlığı” göstərir. (Tass)
