Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə çay ixracı həcm ifadəsində 23,33%, dəyər ifadəsində isə 19,50% artıb.
Cari ilin ilk 7 ayında çay ixracı Azərbaycanın ümumi ixracının 0.02%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 0.08%-ni təşkil edib.
Hesabat dövründə ölkəyə 48 milyon 723.70 min ABŞ dolları dəyərində 8 min 124.63 ton çay idxal olunub. Çay idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,39%, həcm ifadəsində isə 3,97% artıb.
2026-cı ilin yanvar-iyul aylarında çay idxalı ölkənin ümumi idxalının 0.49%-ni təşkil edib.
