Avqust 17, 2026-15:41
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycanda çay idxalı və ixracı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara 4 milyon 667.47 min ABŞ dolları dəyərində 531.33 ton çay ixrac edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə çay ixracı həcm ifadəsində 23,33%, dəyər ifadəsində isə 19,50% artıb.

Cari ilin ilk 7 ayında çay ixracı Azərbaycanın ümumi ixracının 0.02%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 0.08%-ni təşkil edib.

Hesabat dövründə ölkəyə 48 milyon 723.70 min ABŞ dolları dəyərində 8 min 124.63 ton çay idxal olunub. Çay idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,39%, həcm ifadəsində isə 3,97% artıb.

2026-cı ilin yanvar-iyul aylarında çay idxalı ölkənin ümumi idxalının 0.49%-ni təşkil edib.