Avqust 22, 2026-11:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qürbət Mirzəzadə: Bəkir müəllimin sözləri mənim üçün həm irad, həm də mənəvi dəstək idi

2026:08:21 - 12:27
in SOSİAL
A A

Akademik Bəkir Nəbiyevin zəngin elmi irsi ilə yanaşı, həmkarlarının yaddaşında maraqlı xatirələri də yaşayır. Görkəmli alim tələbkarlığı, natiqlik məharəti və insanlara səmimi münasibəti ilə seçilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə deyib.

Müsahibimiz bildirib ki, akademik Bəkir Nəbiyevlə daha yaxından tanışlığı 1990-cı illərin əvvəllərinə təsadüf edir: “1991-ci ilin yazında Mühacirət ədəbiyyatı simpoziumunda Bəkir müəllimin obyektiv və elmi dəyərlərə söykənən çıxışlarının şahidi olmuşam. Namizədlik dissertasiyamın müdafiəsi ərəfəsində AMEA Rəyasət Heyətinin binasındakı kabinetində Bəkir müəllimlə səmimi söhbətimiz oldu. Harada işlədiyim, hansı mövzu üzərində çalışdığım barədə qısa söhbətdən sonra əmimin onun rayonunun (Bəkir Nəbiyev Ağdaş rayonunun Üçqovaq kəndində dünyaya göz açıb – red.) kəndlərində Azərbaycan dili və ədəbiyyat müəllimi işlədiyini söylədim. Bu, Bəkir müəllimdə keçmişlə bağlı xoş xatirələr oyatdı. O, müəllim işlədiyi illərdən, qonşu kəndə sovet sədri işləyən həmkəndlisi ilə bir atın tərkində getməsindən, repressiyaya məruz qalan ailələrin ağır güzəranından elə təsirli və yerli-yataqlı danışırdı ki, insanın mütəəssir olmaması mümkün deyildi. Dissertasiya müdafiəsi ilə bağlı mənə dəyərli məsləhətlər verdi. Bəkir müəllim gözəl natiq idi, obrazlı ifadələrdən, aforizmlərdən məharətlə istifadə edirdi. Mənə də özünəməxsus yumorla “başını burada sabunlayırsan, sürətli gedən bir maşın tapırsan” deyə müdafiə məsələsini tezləşdirməyi tövsiyə etmişdi. Nəticədə müdafiəm 1991-ci il iyunun 29-da keçirildi və müdafiəyə sədr kimi Bəkir müəllim özü rəhbərlik etdi. O, çıxışların konkret və yığcam olmasını tələb edirdi və bunu özünəməxsus ifadələrlə bildirərdi: “İndi filankəs qısa danışmağın bir nümunəsini sizə nümayiş etdirəcək”. Mənim çıxışıma münasibət bildirərkən isə belə demişdi: “Bakıdan xeyli uzaqda orta məktəbdə müəllim işləyən iddiaçının xatirələrini bir qədər uzatdığı fikirlərə baxmayaraq, bizim elmi fikrimizə yeni bir imzanın gəldiyini burada qeyd etməliyik”. Bu sözlər mənim üçün həm irad, həm də böyük mənəvi dəstək idi.

Sonralar Bəkir Nəbiyev Ədəbiyyat İnstitutuna direktor təyin olunanda onun özünəməxsus idarəçilik üslubunun da şahidi oldum. Sərt inzibati tələbkarlığı ilə yanaşı, institut əməkdaşlarının problemlərini dinləmək üçün direktor otağının qapısını hər zaman açıq saxlayırdı. Bu baxımdan onun rəhbərliyində tələbkarlıqla insanlara diqqət və qayğı bir arada idi. 2011-ci ildə Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışarkən Rəhim Əliyevin “Ədəbiyyat nəzəriyyəsi” kitabı haqqında məruzə hazırlamışdım. Mövzunun mürəkkəbliyinə görə hazırlıq prosesində xeyli çətinlik çəkmişdim. Lakin məruzədən sonra Bəkir müəllimin münasibətindən işimin onu qane etdiyini hiss etdim. Onun bir baxışı, bir cümləsi belə insan üçün böyük qiymət idi.

Bəkir müəllim həyat eşqi ilə yaşayan, yazıb-yaratmaqdan zövq alan, insanlarla səmimi ünsiyyət quran böyük şəxsiyyət idi. Onu əməkdaşlarımızın ailə şənliklərində qol götürüb oynayan, gənclərə səmimi arzularını çatdıran, yubileylərdə ürəkdən danışan bir insan kimi də xatırlayıram. 70, 75 və 80 illik yubileylərinin şahidi oldum. Təəssüf ki, 85 illiyini onsuz keçirdik. Onu sonuncu dəfə institutun dəhlizində gəzişərkən görmüşdüm. Bəlkə də bu, böyük alimin, elm təşkilatçısının bütün şüurlu həyatını həsr etdiyi doğma məkanla son vidalaşması imiş. Növbəti iş günü onun vəfat xəbərini eşitdik.

Akademik Bəkir Nəbiyev haqqında məqalələr, kitablar, monoqrafiyalar və dissertasiyalar yazılıb. Lakin onun ən böyük ölümsüzlüyü, məncə, yaratdığı elmi irslə yanaşı, tanıdığı insanların yaddaşında buraxdığı izdir. Alimin “Ölümsüzlüyün sirri” kitabının adı sanki öz həyatına da aiddir. Bəkir müəllim elmi fikirdə, ədəbiyyatşünaslıqda və onu tanıyan insanların xatirəsində mənəvi ölümsüzlüyünü qazanmış böyük alim və unudulmaz şəxsiyyət kimi yaşayacaq”.

Əvvəlki Yazı

Mütəxəssis: Elmi əsaslandırılmış suvarma normalarının tətbiqi torpağın şoranlaşması riskini azaldır

Növbəti Yazı

ADPU: Yataqxanada tələbələr üçün bütün zəruri şərait yaradılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.