Həyəcan pozuntu zamanı ən çox müşahidə olunan hal yuxusuzluqdur. Bu zaman xəstə yuxuya gedə bilmir və ya yuxuya gedə bilməməkdən qorxur. Prosesin detallarına nəzər yetirsək,görərik ki, insan orqanizmində molekulyar səviyyədə pozuntu baş verir. Xəstə düşünərək narahat olur: “Yata bilməsəm, nə baş verəcək?” Əslində, yuxusuzluq onun üçün bir sindroma çevrilir və digər hər hansı bir problemi və yaxud problem kimi gördüyü halı yuxusuzluqla əlaqələndirir. Fəaliyyətsizliyini yuxusuzluq bahanəsiylə əsaslandırır və daim qorxu içindədir.