Psixoloqların qənaətinə görə beyini neqativ düşüncələrdən azad etmək üçün pis heç nə düşünülməməlidir. Hərçənd ki, pis düşüncələrin özündə də pozitiv tərəflər olur. Məsələ burasındadır ki, hər bir neqativ fikrin yalnız müsbət tərəfinə ayrıca baxmaq lazımdır. Beləliklə, neqativlik yeni imkanlar açır.
Mənfi duyğulardan qaçmağın digər üsulu hər hansı işlə məşğul olmaqdır. İşin fiziki və ya zehni olmasının fərqi yoxdur. Bu zaman siz gərəksiz duyğuları ya məhv etmiş ya da arxa plana atmış olursunuz.