Həkimlər bildirirlər ki, çipsi, konservləşdirilmiş kolbasa, ketçup, mayanez, tez bişən qablaşdırmalar, şirin-qazlı sular sağlamlığa ciddi ziyan vurur. (Bu siyahını artırmaq da olar.) Sadalanan məhsulların tərkibində sürətləndirilmiş karbohidrat, konservant, rəng maddələri mövcuddur. Nəticədə onlar piyə çevrilir. İnsanda hipertonik xəstəliklər və şəkərli diabet yarana bilər.