May 15, 2026-23:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb

2024:07:08 - 15:20
in SOSİAL
A A

Dördüncü “Yüksəliş” müsabiqəsinin 3 gün davam edən yarımfinal mərhələsi iyulun 7-də başa çatıb.

Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimində gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara göstərdikləri əzmkar və həyəcanverici mübarizə üçün təşəkkür edib, onlara gələcək karyeralarında yüksəliş arzulayıb. O, eyni zamanda, yüksək peşəkarlıq göstərərək müsabiqənin yarımfinal mərhələsinə qədər gələn bütün namizədləri təbrik edib.

Bakı Ekspo Mərkəzində baş tutan yarımfinal turunda müsabiqənin öncəki mərhələlərini uğurla başa vurmuş 315 nəfər finalçı olmaq uğrunda mübarizə aparıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti “Təbiəti yaşıllaşdır, dünyanı yaxşılaşdır” devizi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.

İştirakçılar bir-birindən maraqlı müxtəlif keyslər üzrə mübarizə aparıb və onların səkkiz səriştəsi (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndirilib. Dəyərləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. İştirakçılara öz səriştələrini rahatlıqla göstərə bilmələri üçün təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edib.

Yarımfinal mərhələsinin nəticələri növbəti 3-5 gün ərzində açıqlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. Qeyd edək ki, 100-ə yaxın iştirakçı final mərhələsinə vəsiqə qazanacaq. Müsabiqənin final mərhələsi iyulun 19-21-də keçiriləcək.

Əvvəlki Yazı

“Microsoft” Çindəki işçilərinə iş üçün Android smartfonlarından istifadə etməyi qadağan edəcək

Növbəti Yazı

DGK əməkdaşları Mingəçevirdə külli miqdarda tütün məmulatları aşkar edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.