“Microsoft” texnologiya korporasiyası Çin bölmələrinin əməkdaşlarına Android platformasındakı cihazlardan iş məqsədləri üçün istifadə etməyi qadağan edəcək və onlara “iPhone” smartfonları buraxacaq. Bloomberg bu barədə sərəncamında olan daxili sənədə istinadən məlumat yayıb.
Mətnə görə, Microsoft Çindəki işçilərindən sentyabr ayından etibarən iş kompüterlərinə və telefonlarına daxil olarkən şəxsi identifikasiya üçün yalnız Apple cihazlarından istifadə etməyi tələb edəcək. Bloomberg əlavə edir ki, Android platformasında smartfonlardan istifadə edən bütün işçilər korporasiyadan iPhone 15 alacaqlar. Microsoft nümayəndələri agentliyin bu məlumatla bağlı şərh tələbinə cavab verməyiblər. (Tass)
