“Report” xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə bildirib.
“Biz (BTQ – red.) bu memorandum da daxil olmaqla institusional və sənədlə təsbit edilmiş mexanizmlər vasitəsilə etnik azlıqların hüquqlarının müdafiəsini gücləndirmək qərarına gəldik”, – o qeyd edib.
A.Abbasov xatırladıb ki, təşkilat 2025-ci ildən zikh icmasının nümayəndələri ilə əməkdaşlığa başlayıb:
“2026-cı ildə dalit icmasının nümayəndələri ilə ilk əlaqələr qurulub və ilkin danışıqlar aparılıb. Biz gələn ay uzun illər ərzində Hindistan hökumətinin repressiya və ayrı-seçkiliyi ilə üzləşən dalitlərlə birgə layihələri açıq şəkildə elan etməyi planlaşdırırıq. Onların sayı artıq təxminən 320 milyon nəfər təşkil edir, lakin ayrı-seçkilik davam edir”.
