Aprel 19, 2026-21:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır

2026:03:10 - 17:06
in SOSİAL
A A

ABŞ-də Amerika Azərbaycanlı Qadınlarının Birinci Forumu keçirilib. Tədbir Virciniya ştatında fəaliyyət göstərən Amerika Azərbaycanlı Qadınlar təşkilatının təşəbbüsü və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, forumda qadınların liderlik potensialının gücləndirilməsi, mədəni kimlik, icmalararası dialoq, diaspor daxilində güclü şəbəkənin yaradılması mövzularında geniş müzakirələr təşkil olunub, zəngin təcrübə və müasir ideyalar ətrafında fikir mübadiləsi aparılıb.

Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lala Ragimova qeyd edib ki, forumun məqsədi ABŞ-də yaşayan azərbaycanlı qadınların, eyni zamanda, digər icma nümayəndələrinin bir-birinə güclü dəstək platformasının yaradılması, qadınların liderlik bacarıqlarının inkişafı, mentorluq imkanlarının genişləndirilməsi və icmalar arasında dərin əlaqələrin qurulmasıdır.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Azərbaycan qadınlarının zəngin və qürurverici inkişaf tarixindən bəhs edib, dünyada qadın liderliyinin uğurlu nümunələri sırasında Azərbaycan qadınlarının da adının yer aldığını, dövlət idarəçiliyi, humanitar diplomatiya sahəsində səmərəli fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Forum çərçivəsində liderlik, mədəni kimlik, icmalararası dialoq, qadınların peşəkar inkişafı və şəbəkələşmə mövzularında panel müzakirələri təşkil olunub.

Tədbirin sonunda qadınlar üçün mentorluq proqramının təsis edildiyi elan olunub.

 

Əvvəlki Yazı

Azərbaycan mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir 

Növbəti Yazı

Cərimənin məcburi tutulması qaydası dəyişib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.