ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını ora köçürmək imkanlarını nəzərdən keçirir. Bunu ABŞ dövlət katibi Marko Rubio respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Qabriela Sommerfeldlə birgə mətbuat konfransında deyib.
“Biz ABŞ qoşunlarının Ekvadorda uzunmüddətli yerləşdirilməsi imkanından danışdıq, əlbəttə ki, Ekvador hökuməti ilə əməkdaşlıqda” dedi Rubio və bunun “birgə təlim, əməliyyatlar və ümumi təhdidlərə cavab üçün imkanlar yaradacağını” deyib.
O xatırladıb ki, Birləşmiş Ştatlar əvvəllər respublika ərazisində hərbi baza saxlayıb, lakin 2009-cu ildə ölkənin keçmiş prezidenti Rafael Korreanın (2007-2017) tələbi ilə qoşunlarını geri çəkməyə məcbur olublar.
“Əgər onlar (ölkə hakimiyyət orqanları) bizi dəvət etsələr, biz bu imkanı nəzərdən keçirəcəyik”, – deyə Rubio bu məsələnin strateji əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda dövlət katibi vurğulayıb ki, Amerika qoşunlarını Ekvador ərazisinə yerləşdirmək üçün ABŞ respublika rəhbərliyindən müvafiq dəvət almalıdır. (Tass)
