ABŞ terrorizmlə mübarizə bəhanəsi ilə iki Rusiya vətəndaşına və bir Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib. Müvafiq bildiriş ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilib.
Orada bildirilir ki, Rusiya vətəndaşları Vadim Drujbin və Mariya Selinaya, eləcə də bir İtaliya vətəndaşına və bir İran vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Sanksiyalar həmçinin Rusiyada yerləşən Avratek şirkətinə, eləcə də İran və Nigeriyada yerləşən iki şirkətə qarşı da tətbiq edilib. (Tass)
