ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valtsın sözlərinə görə, ABŞ və İran arasında texniki səviyyədə danışıqlar davam edir.
O, Fox News-a verdiyi müsahibədə bildirib ki, “müfəttişlərə icazə verilməsi, uranın zənginləşdirmə səviyyəsinin azaldılması və İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyə yönəlmiş digər aspektlər barədə müzakirələr, xüsusən də texniki səviyyədə davam edir”.
Valtsın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp həmişə “diplomatiyaya şans verir”, lakin Amerika liderinin səbri “əbədi olmayacaq” və o, Tehrana təsir göstərmək üçün “bütün variantları masanın üstündə saxlayacaq”. (Tass)
