ABŞ və Kanada iqtisadi tariflərlə bağlı danışıqları davam etdirir və onların tətbiqi avqustun 21-dək təxirə salınıb. Bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib.
Baş nazirin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Əhəmiyyətli irəliləyiş əldə edilib, baxmayaraq ki, hələ çox iş görülməlidir. Bu iş davam etdikcə, ABŞ bir sıra Kanada mallarına 50% tarif tətbiqini 21 avqusta qədər təxirə salmağa razılaşıb”. (Tass)
