İyul 1, 2026-3:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ABŞ-ın Vitse-prezidentinin səfəri Azərbaycanın qlobal rolunun Vaşinqton tərəfindən ən yüksək səviyyədə tanınmasıdır

2026:02:12 - 13:28
in SİYASƏT
A A

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri beynəlxalq münasibətlər sisteminin fundamental transformasiyaya uğradığı müasir dövrdə Azərbaycanın qlobal rolunun Vaşinqton tərəfindən ən yüksək səviyyədə analitik və siyasi təsdiqidir. Bu diplomatik səfər Cənubi Qafqazın daxili dinamikasından daha çox Avrasiya məkanında formalaşan yeni geosiyasi tənliyin mərkəzində Azərbaycanın dayandığını və Bakının artıq regional oyunçudan sistem-formalaşdırıcı strateji subyektə çevrildiyini nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov söyləyib.

O bildirib ki, Vensin səfəri çərçivəsində aparılan müzakirələr Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra yaranan yeni status-kvonun Qərb tərəfindən rəsmi legitim statusda qəbul edildiyini və ABŞ-ın Orta Dəhliz kimi qlobal logistik layihələrdə Bakının mərkəzi mövqeyinə olan strateji dəstəyini simvolizə edir.

“Azərbaycanın qlobal rolu onun əvəzolunmaz coğrafiya və etibarlı enerji tərəfdaşı statusunun uğurlu sintezindən qaynaqlanır. Avropanın enerji arxitekturasının diversifikasiyasında Azərbaycanın oynadığı kritik rol bu gün, sadəcə, iqtisadi deyil, həm də kollektiv təhlükəsizlik amilinə çevrilib ki, bu da Bakıya qlobal miqyasda böyük imkanları qazandırır. Vensin Bakı missiyası, həmçinin onu göstərir ki, ABŞ-ın Xəzər və Mərkəzi Asiya strategiyasının uğuru birbaşa Azərbaycanın sabitləşdirici faktor kimi fəaliyyətindən asılıdır. Belə ki, Bakı həm Şərq-Qərb, həm də Şimal-Cənub vektorlarında rasional, stabil və müstəqil qovşaqdır.

Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət doktrinası onu böyük güclər üçün həm unikal dialoq platforması, həm də proqnozlaşdırıla bilən strateji müttəfiq kimi mövqeləndirib. Xüsusilə rəqəmsal transformasiya, yaşıl enerji ixracı və beynəlxalq logistik zəncirlərin təhlükəsizliyi məsələlərində Azərbaycanın təşəbbüskar mövqeyi onu qlobal idarəetmənin ayrılmaz hissəsinə çevirir”,- deyə T. İsmayılov vurğulayıb.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın yüksəksəviyyəli təmsilçiliyinin bu səfəri, eyni zamanda, Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilindəki artan nüfuzunun və İslam dünyası ilə Qərb arasında sekulyar-modern körpü rolunun Vaşinqtonun strateji hesablamalarında nə dərəcədə mühüm yer tutduğunu sübut edir.

Əvvəlki Yazı

Azərbaycan süni intellekt və rəqəmsal arxitektura üzrə yeni inkişaf mərhələsinə qədəm qoyur

Növbəti Yazı

Danimarka silahlı qüvvələrinin bütün qollarını NATO-nun Arktika missiyasına yerləşdirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.