Birləşmiş Ştatlar hesab edir ki, iqlim dəyişikliyi və sıfır emissiya ölkə üçün təhlükə yaradır və artıq Avropa ölkələrinə ziyan vurub. Bu barədə Ağ Evin açıqladığı ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir.
Sənəddə deyilir: “Biz Avropaya ciddi ziyan vuran, ABŞ-ı təhdid edən və düşmənlərimizə subsidiya verən “iqlim dəyişikliyi” və “sıfır emissiya” kimi dağıdıcı ideologiyaları rədd edirik.
Milli Təhlükəsizlik Strategiyası qeyd edir ki, Birləşmiş Ştatların enerji liderliyini bərpa etmək əsas məqsəddir. O, bütün əsas enerji mənbələrindən – neft, qaz, kömür və nüvə enerjisindən istifadənin inkişaf etdirilməsinin və strateji əhəmiyyətli komponentlərin istehsalının ABŞ-a qaytarılmasının zəruriliyini vurğulayır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin iqlim dəyişikliyindən siyasi məqsədlər üçün sui-istifadə ilə bağlı ABŞ prezidenti Donald Trampın mövqeyi ilə razılaşdığını bəyan edib. (Tass)
