ABŞ İranla sülh müqaviləsi vasitəsilə Hörmüz boğazında naviqasiya azadlığına nail olmağa üstünlük verərdi, lakin İslam Respublikası ilə müqavilə olmadan belə su yolu ilə gəmilərin hərəkətini təmin edəcək. Bu barədə ABŞ-ın Energetika naziri Kris Rayt bildirib.
“Prezident [ABŞ Donald] Tramp buna sülh müqaviləsi ilə son qoymaq istəyir, amma bunun üçün iki tərəf lazımdır. Əgər onlar bunu etməyə hazırdırlarsa, deməli, məsələ belə də bitəcək. Əks təqdirdə, İranın əməkdaşlığı olmadan Hörmüz boğazından nəqliyyatın hərəkətinə icazə verməyə davam edəcəyik”, – deyə o, ABC News -a verdiyi müsahibədə bildirib.
ABŞ Energetika Nazirinin sözlərinə görə, Yaxın Şərqdən gündə təxminən 14 milyon barel neft axır – 7 milyon barel Hörmüz boğazından gəmilərlə daşınır, daha 7 milyon barel isə boru kəmərləri ilə vurulur. “Hazırda Fars körfəzindən gündə 14 milyon bareldən bir qədər aşağı səviyyədəyik. Bu, münaqişədən əvvəlki səviyyənin üçdə ikisi və mart ayında gördüyümüzdən xeyli yüksəkdir”, – Rayt deyib. (Tass)
