“Biz sadəcə onun Epşteyn və [Gisleyn] Maksvell (Epşteynin əlbir olduğu şəxs ) ilə münasibətləri barədə bilmək istəyirik. O, nə gördü? Nə baş verdiyini bilirdi? O, bunların hər hansı birində iştirak edirdimi? Əminəm ki, biz onlara verdikcə daha çox sual yaranacaq”, – deyə Komer yuxarıda adı çəkilən komitə üzvləri ilə Qeyts arasında yaxın saatlarda keçiriləcək görüşə toxunaraq bildirib. Görüşün qapalı qapılar arxasında keçirilməsi planlaşdırılır.
“Heç kim Bill Qeytsi heç bir qanun pozuntusunda ittiham etmir. Və mən onun könüllü olaraq irəli çıxmasını mütləq qiymətləndirirəm”, – deyə Komer vurğuladı. O, əlavə etdi ki, iş adamından Epşteynlə yazışmaları ilə bağlı da sorğu-sual ediləcək.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn işi ilə bağlı sənədlərdə Geytsin adı çəkilir. Microsoft şirkətinin həmtəsisçisi olan milyarder əvvəllər Epşteynlə əlaqələrinə görə xeyriyyə fondunun işçilərindən üzr istəyib. Bloomberg-in məlumatına görə, Geytsin xalis sərvəti 100 milyard dolları keçib.
