ABŞ, respublika hakimiyyəti Vaşinqtonun zəruri hesab etdiyi bir sıra siyasi və iqtisadi islahatlar həyata keçirənə qədər Kubaya qarşı tədbirlər görməyə davam edəcək. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio X-də yazıb: “Rejim bütün zəruri siyasi və iqtisadi islahatları həyata keçirənə qədər [Kuba əleyhinə] tədbirlər görməyə davam edəcəyik”.
Dövlət katibinin sözlərinə görə, Vaşinqton hələ də müasir Kubanın ABŞ-ın regiondakı milli təhlükəsizliyini təhdid etdiyinə inanır.
