May 31, 2026-13:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı olub

2025:11:13 - 13:47
in Din və fəlsəfə
A A
ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı olub.

“Report” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard iştirak ediblər.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda 2024-cü ildə rəsmi qeydiyyatdan keçib.

Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir. Kilsəyə 15 həvari rəhbərlik edərək Kilsənin ən yüksək idarəedici orqanları olan Birinci Prezidentlik və On İki Həvarilər Kvorumu formalaşdırırlar. Ən yaşlı həvari Kilsənin prezidenti olur və o, iki digər həvarini müşavir kimi özünə təyin edir. Həmin üç nəfər Birinci Prezidentlik orqanı olaraq fəaliyyət göstərir, digər on iki həvari isə Kilsənin On İki Həvarilər Kvorumunu təşkil edir.

On İki Həvarilər Kvorumundan sonra ən yüksək orqan Yetmişlər Komitəsi hesab edilir. Hazırda Yetmişlər Komitəsinin səkkiz Kvorumu (Komitənin alt orqanları) mövcuddur. Hər bir Kvorumda 70 nəfərə qədər üzv ola bilər. Kvorumun bəzi üzvləri Kilsənin baş qərargahında inzibati vəzifələrdə çalışırlar, digərləri dünyanın müxtəlif bölgələrindəki kilsələrdə xidmət edirlər. Yerli icmalara yepiskoplar rəhbərlik edirlər.

Kilsənin qabaqcıl ali təhsil müəssisi olan Briqam Yanq Universiteti (BYU) ABŞ-nin və dünyanın tanınmış universitetlərindən biridir. Universitet Yuta ştatının Provo şəhərində yerləşir. Universitetin tabeliyində fəaliyyət göstərən Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Provo şəhərində hər il Beynəlxalq Hüquq və Din simpoziumu keçirilir.

Stirlinq Fondu ilə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi arasında mənəvi dəyərlər və əməkdaşlıq baxımından yaxınlıq mövcuddur. Fondun təsisçiləri və İdarə Heyətində Kilsənin üzvləri geniş təmsil olunurlar. Buna görə də Fondun fəaliyyət fəlsəfəsində Kilsənin dəyərləri – ailə birliyi, xidmət, təhsil və dinlərarası dialoq kimi prinsiplər özünü göstərir.

Əvvəlki Yazı

Çingiz İsmayılov: Coğrafiya İnstitutunun dronları olmalıdır

Növbəti Yazı

Cəlilabadda doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.