Avqust 22, 2026-3:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ABŞ regionda iqtisadi sabitliyin təhlükəsizliklə bağlı olduğunu gündəmə gətirirŞərh

2026:01:15 - 16:37
in SİYASƏT
A A

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin icra çərçivəsini qəbul etməsi Vaşinqtonun tək Ermənistan və Azərbaycan deyil, eyni zamanda, Cənubi Qafqaz və geniş regionda iqtisadi, nəqliyyat logistika əlaqələrinin genişləndirilməsinə hesablanır və ticarət marşrutlarına verdiyi əhəmiyyətin göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, bu layihə ümumiyyətlə region ölkələri arasında ticari-iqtisadi əlaqələrin daha da asanlaşması, sərhəd-keçid proseslərinin sadələşməsi tranzit imkanlarının artırılması regionda əməkdaşlıq mexanizminin daha gücləndirilməsi kimi nəzərdə tutulur.

“ABŞ regionda iqtisadi sabitliyin təhlükəsizliklə birbaşa bağlı olduğunu gündəmə gətirir. Təbii ki, bu Azərbaycan üçün çox mühüm layihədir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın bir hissəsi olan Naxçıvanla birləşməsi deməkdir. İlk növbədə, “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizlərində əsas tranzit ölkə kimi Azərbaycanın rolu gündəmdədir. İkinci layihə regional əməkdaşlığın təşviqi ilə gündəmə gəlir, kommunikasiyaların açılması ticarət əlaqələrinin genişlənməsini gündəmdə saxlayır. Bu da təbii ki, Azərbaycanın uzunmüddətli maraqları ilə üst-üstə düşən məsələdir. Azərbaycan bu cür beynəlxalq təşəbbüslərə təbii ki, suverenlik, milli maraqlar, eyni zamanda, qarşılıqlı hörmət prinsipi əsasında qiymət verir. Hər hansı regional layihənin uğuru yalnız real əməkdaşlıqdan keçir. Hər hansı siyasi manipulyasiyaya Azərbaycan birmənalı şəkildə cavab verir. Burada region ölkələrinin bərabərhüquqlu iştirakı mümkündür”, – deyə deputat vurğulayıb.

Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan bu proseslərdə ən ciddi fiqurdur, ən ciddi aktordur: “Vaşinqtonda Ermənistan tərəfi ilə keçirilən görüş, işçi qrupunun yaradılması, problemlərin həlli istiqamətində atılacaq addımlar ABŞ-ın regionda iqtisadi alətlər vasitəsilə təsir imkanlarını çoxaltmaqdan ibarətdir. Proseslər Azərbaycandan riskləri balanslı şəkildə qiymətləndirməyi tələb edir. Ən əsası isə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq”.

Əvvəlki Yazı

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

Növbəti Yazı

Prezident İlham Əliyevin Tərtər və Ağdərə səfərinin strateji əhəmiyyəti ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.