ABŞ Ticarət Nümayəndəsi Ceymison Qririn sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfərinin ən vacib nəticələrindən biri iki ölkə arasında səmimi dialoq üçün yeni kanalların yaradılması olub.
“Bayden administrasiyası dövründə effektiv ünsiyyət kanalları yox idi. Prezident Trampın dövründə ABŞ Çinlə münasibətlərində strateji sabitliyə nail ola bildi və dövlət səfəri dövrümüzün ən vacib məsələləri üzrə daha səmimi dialoqa və real irəliləyişlərə qapı açdı”, – deyə Qir ABC- yə verdiyi müsahibədə bildirib.
O, əlavə edib ki, ABŞ Maliyyə Naziri Skott Bessent tərəfindən əvvəllər elan edilmiş birgə ticarət şurasının yaradılması yolu ilə mürəkkəb ikitərəfli iqtisadi məsələləri həll etməyə ümid edir. (Tass)
