ABŞ və İran 107 günlük müharibəyə son qoymaq üçün rəsmi olaraq addım atıblar. İki ölkənin dünən anlaşma memorandumunu rəqəmsal şəkildə imzaladığı açıqlanıb. İmzaların ABŞ prezidenti Donald Tramp, vitse-prezident JD Vance və Məhəmməd Qalibaf tərəfindən təsdiqləndiyi bildirilib. Tramp bildirib ki, “İranla razılığa gələ bildik. Hörmüz boğazı cümə günü tam açılacaq. İranın görəcəyi işlər var, sonra sanksiyalar yumşaldılacaq”.
