ABŞ, Kanada, Avstraliya və aparıcı Avropa NATO ölkələri İranı xaricdəki yəhudi icmalarına və İran dissidentlərinə qarşı iddia edilən “sui-qəsd cəhdləri”ndə ittiham edib və bu hərəkətlərdən “özlərini müdafiə etməyə” hazır olduqlarını bəyan ediblər. Bu barədə ABŞ və 21 Qərb ölkəsinin hökumətləri tərəfindən eyni vaxtda dərc edilmiş birgə bəyanatında bildirilib.
Bəyanatda iddia edilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və digər İran kəşfiyyat agentlikləri “Avropada, Şimali Amerikada və Avstraliyada İran müxaliflərinə, jurnalistlərinə, yəhudi və İsrail icmalarının üzvlərinə və onların maraqlarına qarşı sui-qəsd cəhdləri və digər zərərli hərəkətlər planlaşdırırlar”, – deyə bəyanatda bildirilir.
İmza atan ölkələr İrandan bu iddia edilən hərəkətləri “dərhal dayandırmasını” tələb etdilər və “cəmiyyətlərini bu təhdidlərdən qorumağa hazır olduqlarında birləşdiklərini” bəyan etdilər. (Tass)
