ABŞ hakimiyyəti iddia edir ki, Rusiya, İran və Çin adından fəaliyyət göstərən hakerlər 2016-cı ildən bəri dəfələrlə ABŞ seçici məlumat bazalarına icazəsiz giriş əldə etməyə cəhd ediblər. Bu, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi tərəfindən cümə axşamı dərc edilmiş hesabatda yer alan nəzəriyyədir.
Sənəddə iddia olunur ki, rus hakerləri 2016-cı ildə bütün 50 ştatda seçici qeydiyyatı məlumat bazalarını hədəfə alıblar və guya “təxminən 500.000 seçici haqqında məlumat oğurlayıblar”. Bundan əlavə, hesabatda deyilir ki, 2022-ci ildə “Rusiyapərəst hakerlər ABŞ-ın bir ştatının seçki komissiyasına “paylanmış xidmətdən imtina (DDoS) hücumu başlatdıqlarını” iddia ediblər. Sənədə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) üzvləri 2020-ci ildə “qeydiyyatdan keçmiş seçicilər haqqında məlumat əldə etmək üçün veb sayt zəifliklərindən istifadə etməyə cəhd ediblər”. Hesabatda iddia edilir ki, Çin 2020-ci il seçkilərindən əvvəl bir neçə ştatda seçici qeydiyyatı sistemlərinə haker hücumu edib.
Bu, ABŞ hakimiyyət orqanlarının seçki sistemlərindəki uğursuzluqlara görə bu ölkələri günahlandırmağa çalışdığı ilk dəfə deyil. (Tass)
