May 25, 2026-4:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADMİU-da beynəlxalq tələbə elmi konfransı keçiriləcək

2026:01:30 - 17:10
in SOSİAL
A A

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 10 Mart – Milli Teatr Günü və 27 Mart – Beynəlxalq Teatr Günü münasibətilə “Teatr 2.0: Ruh və kod” adlı beynəlxalq tələbə elmi konfransı keçiriləcək.

Konfrans haqqında AZƏRTAC-a məlumat verən ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov bildirib ki, konfransın əsas məqsədi tələbələri “Teatr 2.0: Ruh və kod” mövzusu ətrafında birləşdirərək vahid elmi problem üzərində düşünməyə, mövcud yanaşmalara münasibət bildirməyə və müzakirəyə cəlb etməkdir. Bununla yanaşı, fənlərarası inteqrasiyanı təşviq etmək, tələbələrdə elmi-nəzəri təfəkkürü və yaradıcı düşüncəni inkişaf etdirmək, onların tədqiqatçılıq bacarıqlarının formalaşmasına dəstək vermək hədəflənir.

O əlavə edib ki, tədbir ADMİU-nun əsas binasında hibrid formada təşkil ediləcək. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Beynəlxalq konfransa qatılmaq istəyən tələbə və magistrlər 4-7 səhifədən çox olmayan məruzələrini elektron mətn şəklində martın 2-dək konfrans@admiu.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin bakalavr və magistr tələbələri iştirak edə bilər.

Əvvəlki Yazı

Ana dilinin şifahi və yazılı ədəbiyyatda funksiyası: milli kimlik və bədii ifadə perspektivi

Növbəti Yazı

“Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.