May 12, 2026-15:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADPU-da intellektual festival: “BrainXfest”

2026:05:12 - 10:21
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “BrainXfest” intellektual festivalı keçirilib. Festival “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq” və “Kvartet” formatları üzrə intellektual yarışlardan ibarət olmaqla 3 mərhələdə keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, festival “Nə? Harada? Nə zaman?” intellektual yarışı ilə başlayıb. Bu mərhələdə ADPU-nun müxtəlif fakültələri ilə yanaşı, filial və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrindən təşkil olunmuş ümumilikdə 26 komanda iştirak edib. Mərhələnin sonunda I pillədə qərarlaşan “Fajitas mı cacık mı” komandası diplomla təltif olunub. Bu mərhələdə ən yaxşı nəticə göstərən 16 komanda “Breyn Rinq” mərhələsinə vəsiqə qazanıb.

“Breyn Rinq” mərhələsində püşkatma nəticəsində komandalar cütlüklərə bölünüblər və onlar arasında 1/4 final və yarımfinal görüşləri baş tutub. Mərhələnin yekununda 4 komanda finala vəsiqə əldə ediblər.

“Kvartet” tipli finalın sonunda “Power puffy girls” komandası bütün təqiblərini qabaqlayaraq festivalın qalibi adını qazanıb. “Mən demişdim” komandası II, “Perry” komandası III yerin sahibi olub.

Festivalın sonunda qalib komandalar diplom, medal və kubokla mükafatlandırılıb. IV yerə layiq görülən komandaya isə sertifikat təqdim olunub.

Əvvəlki Yazı

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

Növbəti Yazı

Azərbaycanın müasir şəhərsalma modelinin müəllifi Ulu Öndər Heydər Əliyevdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.