ABŞ və İran arasında yenidən başlayan münaqişə Afrikada nəzarətsiz inflyasiyaya səbəb olur. Bunu Afrika İttifaqı (Aİ) Komissiyasının sədri Mahmud Əli Yusif Əddis-Əbəbədə Aİ İcraiyyə Şurasının 49-cu sessiyasının açılışında çıxış edərkən bildirib.
O qeyd edib ki, “qitəmiz Yaxın Şərq böhranının bütün təsirini yaşayır”. Yusifin sözlərinə görə, Hörmüz boğazının bağlanması təchizat zəncirlərini pozub və Afrika ölkələrində enerji, taxıl və gübrə də daxil olmaqla qiymətlərin kəskin artmasına səbəb olub. Bu da öz növbəsində “nəzarətsiz inflyasiya”ya və digər ciddi iqtisadi nəticələrə səbəb olur, deyə AU Komissiyasının rəhbəri vurğulayıb.
Bundan əvvəl Afrika İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Komissiyası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının mütəxəssisləri İran ətrafındakı böhranın nəticələrini araşdırmış və bunun qitənin iqtisadiyyatına mənfi təsirinin daha bir neçə ay davam edə biləcəyi qənaətinə gəlmişdilər. (Tass)
