ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
“Prezident sentyabrın 22-də Nyu-Yorka gedəcək, çərşənbə axşamı, sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edəcək”, – o, jurnalistlər üçün keçirilən növbəti brifinqdə deyib. (Tass)
