Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 29 ailə olmaqla 115 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıblar.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə köçən ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.




