Fizioterapevt Nurlan Aslanov bildirir ki, heç bir ağrısı və şikayəti olmayan insanlarda belə, qabarma, protruziya, böyük ölçülü disk yırtığına rast gəlinir. Bu onu göstərir ki, onurğa və onurğa ətrafında olan ağrıların tək səbəbi disk yırtığı deyil. Orada olan digər strukturlar və yaxud hər hansı başqa xəstəlikdən dolayı ağrılar hiss etmək mümkündür. Düzgün müayinə və vaxtlı-vaxtında edilən müalicə hesabına ağrılardan xilas olmaq mümkündür.