16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Ağdamda mina partlayışını izləyib

Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdam rayonuna səfər edib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində komissar Sarıcalı kəndində mina təmizləmə işləri ilə tanış olub. Marta Kos ərazidə aparılan təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat alıb və mina partlayışı prosesini izləyib.