EUObserver diplomatlara istinadən xəbər verir ki, turizm sektoruna qarşı planlaşdırılan sanksiyalara baxmayaraq, rusiyalı turistlər Aİ-yə səfərlərini davam etdirə bilərlər.
Eyni zamanda, o yazır ki, Avropa Komissiyası bu ilin sonuna qədər Aİ-yə gələn rusiyalı turistlərlə bağlı yeni “strategiya” dərc etməyi planlaşdırır. Bir diplomatın fikrincə, bu, çox güman ki, Aİ-nin sanksiyalar paketi ilə müqayisədə “daha yumşaq, məcburi olmayan sənəd” olacaq.
Portal daha əvvəl məlumat vermişdi ki, Aİ “Rusiyada birbaşa turizmlə bağlı xidmətlərin göstərilməsinə” qadağa qoymaq istəyir. Sözügedən xidmətlər konkret göstərilməyib. (Tass)
