AB sammitində Ukrayna ilə bağlı bəyanat yekdilliklə qəbul olunmadı; onu 27 dövlətdən 26-sı dəstəklədi, ona görə də onun mətni yekun sammit bəyannaməsinə daxil edilmədi.
“Avropa Şurası Ukraynadakı son hadisələri müzakirə edib. Yekun bəyanat 26 dövlətin liderləri tərəfindən qəti şəkildə dəstəkləndi. Aİ sammiti növbəti iclasında (dekabrın ortalarında ) bu məsələyə qayıdacaq”, – sammitin yekun sənədində deyilir.
Macarıstanın baş naziri Viktor Orban Brüsselə gec gələrək Aİ sammitində Ukrayna ilə bağlı müzakirələrə qatılmayıb. O, Budapeştdə tərəfdarlarının “Sülh marşı” adlandırılan mitinqində çıxış edib. (Tass)
