Avropa Komissiyası (AK) müxalifətin qalib gəldiyi Çexiya parlament seçkilərinin nəticələrinə baxmayaraq, Ukrayna üçün sursatla bağlı Çexiya təşəbbüsünü həyata keçirməyə davam edəcək. Bu barədə Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Biz Çexiyadakı seçkilərin nəticələrini şərh etmirik. Sursatla bağlı təşəbbüsə gəlincə, biz hazırda onun [planlaşdırılan 2025-ci il hədəflərinin] 80%-ni həyata keçirmişik” deyib. “Biz bu müzakirəni oktyabrın 15-də Aİ Şurasının müdafiə nazirləri səviyyəsində iclasında davam etdirəcəyik”.
O, 2025-ci il planının 80%-nə uyğun gələn sursatın həcmini açıqlamayıb və rəqəmləri oktyabrın 15-də açıqlayacağını vəd edib. Avqustun 14-də Çexiya hakimiyyəti Çexiyanın təşəbbüsündən sonra 2025-ci ilin əvvəlindən Kiyev rejiminin artıq 1 milyon patron aldığını elan edib. (Tass)
