Aİ Kiyevə dron istehsalı üçün 90 milyard avroluq maliyyələşdirmənin ilk tranşında 6 milyard avro ayıracaq. Bu barədə Strasburqda Avropa Parlamentinin iclasında çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
fon der Leyen bildirib ki, “Aİ Ukraynaya 90 milyard avro ayırmaq vədini yerinə yetirib. Birinci hissəni – 2026-cı il üçün 45 milyard avronu – bu rübdə ödəyəcəyik, bunun birinci hissəsi olan 6 milyard avro dron istehsalı üçün istifadə olunacaq”. (Tass)
